Əsas məzmuna keç
AZCİS

AZCİS MMC

Məkanı anlayırıq.İnfrastrukturu dəqiqliklə qururuq.

Coğrafi İnformasiya Sistemləri (CİS) — məkan (coğrafi) məlumatlarının və onlarla bağlı lazımi obyektlər barədə informasiyanın toplanması, saxlanması, təhlili və qrafik vizuallaşdırması sistemidir.

AZCİS haqqında

Təsis tarixi

28.01.2013

Hüquqi ad

"AZCİS" Məhdud Məsuliyyətli Cəmiyyəti

Ünvan

Bakı şəhəri, Nəsimi rayonu, Vaqif prospekti 3

"AZCİS" MMC 28.01.2013-cü ildə yaradılıb. Bir neçə fəaliyyət növü ilə məşğul olur. Onlardan ən əsası Coğrafi İnformasiya Sistemləridir.

Coğrafi İnformasiya Sistemləri (CİS) istənilən məkanla bağlı məlumatların toplanması, emalı, saxlanılması, hazırlanması, kartoqrafik təqdimatı və yayılmasını təmin edən mükəmməl bir informasiya sistemidir. Coğrafi məlumatların istifadəsi ilə bağlı elmi, tədris və praktiki problemlərin həlli üçün ən əlverişli alət kimi müasir informasiya cəmiyyətində Coğrafi İnformasiya Sistemlərinin tətbiqi çox böyük sürətlə artmaqdadır.

Şirkətimizin əsas məqsədlərindən biri CİS-in yaradılması, onun tətbiqi, müştərilərimizin ekspertləri üçün CİS-lə bağlı təlimlərin keçirilməsi və texniki dəstək xidmətlərinin göstərilməsidir.

Komandamızla tanış olun

CİS — ƏSAS İSTİQAMƏTİMİZ

Coğrafi İnformasiya Sistemləri

Coğrafi İnformasiya Sistemləri (CİS) — məkan (coğrafi) məlumatlarının və onlarla bağlı lazımi obyektlər barədə informasiyanın toplanması, saxlanması, təhlili və qrafik vizuallaşdırması sistemidir.

CİS-in 5 təməl prinsipi

  1. 01Təchizathardware
  2. 02Proqram təminatısoftware
  3. 03Verilənlərdata
  4. 04İnsan resurslarıhuman resource
  5. 05Üsullarmethods

Sadalanan 5 prinsip üzrə informasiya ehtiyatlarının formalaşdırılması mühüm şərtlərdir.

TƏBƏQƏLƏR

VƏRƏQ XANASI

—

GÖRÜNƏN

6/6

1:5000

№7№4№3№949.82949.84049.85049.86249.87340.40040.38740.37540.3630250 mN

Yol xəritəsi

2013-cü ildən bu günə

  1. 28.01.2013

    2013

    AZCİS MMC təsis edilib.

  2. Bu gün

    13+

    CİS, mühəndis-axtarış, tikinti-quraşdırma, elektrik şəbəkələri və dron xidmətləri üzrə fasiləsiz fəaliyyət.

Güclü tərəflərimiz

Dəqiqlik bizim iş prinsipimizdir.

  1. 01

    13+ illik təcrübə

    2013-cü ildən CİS, mühəndislik və infrastruktur layihələrində fasiləsiz iş.

  2. 02

    Punktuallıq

    Razılaşdırılmış qrafik və mərhələlərə uyğun təhvil.

  3. 03

    Müasir standartlar

    ArcGIS platforması, GPS və Total Station ölçmə aparatları, AzPOS baza sistemi.

  4. 04

    Dəqiq vizuallaşdırma

    Kartoqrafik təqdimat və plan-sxemlər dəqiq koordinat sistemində.

  5. 05

    Məkan analizi

    Məkan məlumatlarının təhlili ilə qərar dəstəyi və risk qiymətləndirməsi.

  6. 06

    Effektiv həllər

    Layihənin bütün mərhələlərində — kəşfiyyatdan naturaya köçürməyə qədər.

KOMANDAMIZ

Dəqiqliyin arxasında duran insanlar.

Layihələrin arxasında müxtəlif sahələr üzrə çalışan vahid komanda dayanır.

01 — 13

Abdullayev Orxan — İcraçı direktor
01Abdullayev Orxanİcraçı direktor
Manafov Fuad — Layihə rəhbəri
02Manafov FuadLayihə rəhbəri
Mürsəliyeva Nigar — Keyfiyyətə nəzarət və sənəd dövriyyəsi mütəxəssisi
03Mürsəliyeva NigarKeyfiyyətə nəzarət və sənəd dövriyyəsi mütəxəssisi
Cumayeva Nərgiz — İctimaiyyətlə əlaqələr və təşkilati işlər üzrə koordinator
04Cumayeva Nərgizİctimaiyyətlə əlaqələr və təşkilati işlər üzrə koordinator
Rüstəmova Fidan — Kadrlar üzrə mütəxəssis
05Rüstəmova FidanKadrlar üzrə mütəxəssis
Əmikişizadə Sevinc — Dövlət satınalmaları üzrə mütəxəssis
06Əmikişizadə SevincDövlət satınalmaları üzrə mütəxəssis
Zeynalova Lalə — Mühasib
07Zeynalova LaləMühasib
Səmədov Nizami — Geodeziya mühəndisi
08Səmədov NizamiGeodeziya mühəndisi
Dadaşova Nəzrin — Smeta üzrə mühəndis
09Dadaşova NəzrinSmeta üzrə mühəndis
Əsgərzadə Ülviyyə — Layihənin aparıcı mühəndisi
10Əsgərzadə ÜlviyyəLayihənin aparıcı mühəndisi
Əliyeva Mənzər — Layihəçi mühəndis
11Əliyeva MənzərLayihəçi mühəndis
Şıxəlizadə Həmdulla — Topoqraf
12Şıxəlizadə HəmdullaTopoqraf
Rzayeva Firəngiz — Sosial media meneceri
13Rzayeva FirəngizSosial media meneceri

ArcGIS

AZCİS-in təlim kursları

ArcGIS proqram təminatı üzrə təlim

Şirkətimiz CİS həlləri üzrə çoxillik təcrübəyə malikdir. Bu təcrübəmizə əsaslanaraq Beynəlxalq ESRI şirkətinə məxsus vahid inteqrasiya olunmuş proqram arxitekturalı, CİS proqram platforması olan ArcGIS proqram təminatı üzrə təlim kursları təşkil edirik.

ArcGIS proqram təminatından xəritələrin yaradılması və istifadəsində, coğrafi məlumat bazasının tərtibində, coğrafi informasiyanın paylanması və emalında, bir sıra tətbiqlərdə xəritələr və coğrafi məlumatın istifadəsində və məlumat bazasında coğrafi informasiyanı idarə etmək üçün istifadə edilir.

Həmçinin, yer quruluşu və torpaq kadastrı, əmlak uçotu, kommunal xidmətlər, fövqəladə hallar, telekommunikasiya, neft və qaz, ekologiya, sərhəd xidməti, nəqliyyat, meşə təsərrüfatı, su ehtiyatları, məsafədən zondlama, geologiya və mədən, geodeziya, kartoqrafiya, coğrafiya, biznes, ticarət və xidmətlər, kənd təsərrüfatı, təhsil, turizm və başqa fərqli sahələrdə istifadə olunur.

İnformasiya sistemləri üzrə fəaliyyət

"AZCİS"də çalışan professional mütəxəssislərimizin qabaqcıl təcrübəsi bizə bir çox proseslərin reallaşmasına və CİS-in tətbiqi üzrə müvafiq xidmətləri təklif etməyə əsas verir. Şirkətimiz İnformasiya Sistemləri ilə əlaqəli olan müxtəlif istiqamətlər üzrə də fəaliyyət göstərir. Bunlara informasiya sistemlərinin texnoloji mühitinin formalaşması, texnoloji mühit anlayışının mahiyyəti, infrastrukturu, texniki və proqram vasitələri, həmçinin informasiya sistemlərinin yaradılması məsələləri daxildir.

Həmçinin informasiya sisteminin mahiyyəti və inkişaf mərhələləri, təsnifatı, idarəetmə strukturunun rolu, informasiya sistemlərinin yaradılması mərhələləri, planlaşdırma, planlaşdırmanın mahiyyəti, informasiya sistemlərinin strateji planlaşdırılmasının əsasları və mərhələləri də fəaliyyət istiqamətlərində öz əksini tapır.

Bundan başqa sistemin xarici və daxili mühitinin təhlili, informasiyalaşdırma mühitində innovasiya və onun mahiyyəti, növləri, xüsusiyyətləri də fəaliyyət istiqamətlərinə daxildir. "AZCİS" həmçinin informasiya sistemləri sahəsində innovasiyalar, layihənin formalaşdırılması və informasiya sisteminin tətbiqi, innovasiya layihələrinin idarə olunması, avtomatlaşdırılmış informasiya sisteminin tətbiqi və təşkilati strukturun formalaşdırılmasını həyata keçirir.

Layihəniz üçün dəqiq həllər hazırlayaq.

İnfrastruktur, mühəndislik və coğrafi informasiya üzrə layihəniz üçün AZCİS komandası ilə əlaqə saxlayın.