Əsas məzmuna keç
AZCİS

Xidmətlər

Pilotsuz Uçuş Aparatları (DRON) Xidmətləri

Aero çəkiliş, üç ölçülü modelləşdirmə və məkan məlumatlarının toplanması.

Son dövrlər PUA (dron) və aero şəkillərin istifadəsi dövlət təşkilatları və özəl sektorda bir çox elmi-tətbiqi və praktiki problemlərin həlli üçün effektli və etibarlı vasitə kimi özünü sübut etmişdir.

Belə ki, ətraf mühitin idarə edilməsi və ekologiya, neft, qaz, kənd təsərrüfatı, meşə təsərrüfatı, su təsərrüfatı və su ehtiyatlarının idarə olunması, geologiya, faydalı qazıntı yataqlarının kəşfiyyatı, nəqliyyat, rabitə, istirahət, idman, turizm, üç ölçülü modelləşdirmə, bələdiyyə idarəçiliyi, torpaq istifadəçiliyi, ərazi planlaşdırılması, layihələndirmə və digər sahələrdə bir çox vəzifələrin həlli, idarə edilməsi və effektiv nəticələrin alınması məqsədilə dron xidmətlərindən geniş şəkildə istifadə olunur.

VİDEO

Sahədən görüntülər

Pilotsuz uçuş aparatları vasitəsilə ərazilərin aerofoto çəkilişi, məkan məlumatlarının toplanması, rəqəmsal xəritələrin hazırlanması və üçölçülü modelləşdirmə işləri həyata keçirilir. Bu texnologiyalar ərazi və obyektlərin daha dəqiq öyrənilməsinə, relyefin təhlilinə və layihələndirmə proseslərinin dəstəklənməsinə imkan yaradır.Dron çəkilişlərindən əldə olunan məlumatlar topoqrafiya, geodeziya, torpaq istifadəsi, şəhərsalma, kənd təsərrüfatı və digər sahələrdə ərazilərin qiymətləndirilməsi və planlaşdırılması məqsədilə istifadə olunur.

Layihənizi xəritəyə çevirək.

İnfrastruktur, mühəndislik və coğrafi informasiya üzrə layihəniz üçün AZCİS komandası ilə əlaqə saxlayın.