Əsas məzmuna keç
AZCİS

PLATFORMA

AXİS — AzərişıqdanBütün Kommunal Şəbəkəyə Doğru

Azərişıq Xəritə ilə İdarəetmə Sistemi

AXİS, Azərişıqda artıq işlək, ölkə miqyaslı GIS platforması: 2D/3D xəritə, panoramik görüntü, mobil sahə tətbiqi və hesabatlılığı bir ekranda birləşdirir.

İcmal

Üç sözlə ümumiləşdirmə: problem, həll, vizyon.

“Azərişıq” ASC-də artıq işlək olan AXİS — (Azərişıq Xəritə ilə İdarəetmə Sistemi) platformasını, onun mövcud imkanlarını və əldə etdiyi faydaları, eyni zamanda bu platformanın gələcəkdə bütün kommunal xidmət qurumlarını əhatə edilməsi ilə, Azərbaycanda elektrik paylayıcı şəbəkəsinin vahid məkandan idarə ediləməsi üzrə ilk milli universal platformadır.

  1. 01

    Problem

    hər kommunal operator, istər elektrik, istər qaz, su və ya istilik, öz ayrıca, bir-biri ilə əlaqəsi olmayan uçot sistemində fəaliyyət göstərir. Vahid məkan əsaslı idarəetmə platforması yoxdur.

  2. 02

    Həll

    AXİS, Azərişıqda artıq işlək, ölkə miqyaslı GIS platforması: 2D/3D xəritə, panoramik görüntü, mobil sahə tətbiqi və hesabatlılığı bir ekranda birləşdirir.

  3. 03

    Vizyon

    AXİS-in modulyar, low-code arxitekturası əsasında bütün kommunal operatorları əhatə edən Vahid Kommunal Xidmətlər İdarəetmə Platformasının qurulması.

Niyə indi?

Bu təşəbbüs boş yerdən yaranmır — dövlət səviyyəsində artıq qərarlaşdırılmış istiqamətdir.

  1. 01

    Dünya Bankının Business Ready hesabatının “Kommunal xidmətlərə qoşulma” indikatoru üzrə 2022-2023 Yol Xəritəsi qoşulma zamanı sahə baxışı prosedurunun GIS-2 və 3D xəritə ilə əvəzlənməsini tapşırıb və bu, Baş nazirin müavini səviyyəsində 2024-cü il üçün də təsdiqlənib.

  2. 02

    Daha da vacibi — Nazirlər Kabinetinin həm 399, həm də 315 nömrəli qərarlarında birbaşa “Kommunal Xidmətlər Vahid İnformasiya Sistemi” ifadəsi işlədilir və qeyd olunur ki, bu sistem fəaliyyətə başlayanadək qoşulma prosedurları Azərişıqın yaratdığı informasiya sistemi vasitəsilə həyata keçirilir.

Başqa sözlə, qanunvericilikdə artıq gələcək vahid sistemin adı çəkilib — biz bu gün onun ilk, işlək prototipini təqdim edirik.

AXİS bu gün nədir?

AXİS — problemin hərtərəfli həlli üçün hazırlanmış, veb və mobil tətbiqdən ibarət müəssisə aktivləri idarəetmə platformasıdır. İnventar izləmə, 2D/3D xəritə və panoramik görüntünü bir ekranda birləşdirən GIS əsaslı vizuallaşdırma və hesabat alətlərini tək platformada təqdim edir.

Əvvəl

  • universal vahid platforma yox idi
  • geniş və mürəkkəb inventar əlaqəsiz uçotda idi
  • monitorinq və hesabatlıq əl ilə aparılırdı

İndi

  • 18 ay ərzində ölkə üzrə tam rəqəmsal xəritələşdirmə aparılır
  • yarımstansiyadan sayğaca qədər vahid reyestr yaradılır
  • hər şey veb və mobil vasitəsilə real-vaxt rejimində idarə olunur

Tətbiqin miqyası

Texniki əsas

  • PostgreSQL/PostGIS
  • WGS84
  • GeoServer

Layihə bütün paylayıcı elektrik infrastrukturunun rəqəmsallaşdırılmasını əhatə edir — yarımstansiyadan tutmuş, transformator məntəqələrinə, dayaqlara, xətlərə və sayğaclara qədər yeddidən çox əsas obyekt tipi.

Hədəf 100 faiz ərazi əhatəsidir — bütün region, rayon və şəhər şəbəkələri. Texniki əsas kimi PostgreSQL/PostGIS verilənlər bazası, WGS84 koordinat sistemi, GeoServer isə coğrafi məlumat xidməti üçün istifadə olunur.

  1. 01

    yarımstansiya

  2. 02

    transformator məntəqələri

  3. 03

    dayaqlara

  4. 04

    xətlərə

  5. 05

    sayğaclara

Əsas imkanlar

Platforma səkkiz əsas imkanı bir yerdə birləşdirir

  1. 01

    CİS əsaslı, laylarla vizuallaşdırma

  2. 02

    Cesium 3D rəqəmsal əkiz

  3. 03

    panoramik görüntü və LIDAR nöqtə buludu

  4. 04

    xəritə üzərindən məlumat girişi və redaktə

  5. 05

    interaktiv hesabat paneli

  6. 06

    AXİS Mobile sahə tətbiqi

  7. 07

    low-code sürətli fərdiləşdirmə

  8. 08

    pro-code ilə süni intellekt dəstəyi

Növbəti bir neçə slaydda bunlardan ən strateji əhəmiyyətli olanları daha ətraflı göstərəcəyəm.

01

Rəqəmsal əkiz: 3D inventar

CesiumJS və 3D Tiling texnologiyası vasitəsilə infrastruktur binalarla birlikdə real 3D mühitdə vizuallaşdırılır — bu, əsl mənada rəqəmsal əkizdir.

Dəqiq yüksəklik və coğrafi məlumatlarla infrastrukturun izlənməsi, yüksək keyfiyyətli 3D modelləşdirmə və istənilən avadanlığın — dayaq, yarımstansiya, TM — məlumatlarına birbaşa 3D görüntü üzərindən çıxış mümkündür.

02

Sahə əməliyyatları: AXİS Mobile

Sahə heyəti üçün AXİS Mobile ərazi məlumatlarının toplanmasını və yenilənməsini sürətləndirir, korporativ VPN ilə təhlükəsiz məlumat ötürülməsini təmin edir və sahədə birbaşa inventar xəritələrinə giriş verir.

Ofisdən isə Visuterra texnologiyası ilə virtual sahə monitorinqi mümkündür — 360 dərəcə panoramik görüntülər və LIDAR məlumatları birləşdirilir, beləliklə ərazidə olmadan, sanki çöldəymiş kimi işləmək mümkün olur.

03

Hesabatlılıq və çevik inkişaf

Sədr və rəhbərlik üçün canlı, xəritə-əsaslı interaktiv 3D idarəetmə paneli mövcuddur. Bütün sorğular cədvəl, qrafik və Excel formatında ixrac oluna bilər, istifadəçi icazəsi çərçivəsində lay-arası çarpaz sorğular aparıla bilər.

Texnoloji tərəfdən isə AXİS sadəcə proqram təminatı deyil — inkişaf platformasıdır: low-code ilə yeni obyekt növləri və iş axınları kod yazmadan yaradılır, pro-code ilə C# və JavaScript əsasında xüsusi biznes məntiqi qurulur, inteqrasiya edilmiş süni intellekt köməkçisi isə kodu daha sürətli və səhvsiz hazırlamağa kömək edir.

PLATFORMA

Bu gün əldə olunan real fayda

Bunlar nəzəri imkanlar deyil — konkret, artıq baş vermiş nəticələrdir.

  1. 01

    sahə baxışı proseduru

    Elektrik şəbəkəsinə qoşulma zamanı abonentin iştirakı ilə keçirilən sahə baxışı proseduru GIS-3D vasitəsilə aradan qaldırılır.

    MƏRHƏLƏ01 / 04

    SXEM

    Mövcud şəbəkəTorpaq sahəsiSahə baxışıGIS-3D əvəz edirQoşulma nöqtəsiməsafə — avtomatikASAN XidmətASAN KommunalVahid XəritəDövlət xidmət şəbəkəsinin bir hissəsiAXİS
  2. 02

    qoşulma nöqtəsini və məsafəni

    Sistem elektron xəritə üzərindən torpaq sahəsinin sərhədindən mövcud şəbəkəyə qoşulma nöqtəsini və məsafəni avtomatik müəyyənləşdirir.

    MƏRHƏLƏ02 / 04

    SXEM

    Mövcud şəbəkəTorpaq sahəsiSahə baxışıGIS-3D əvəz edirQoşulma nöqtəsiməsafə — avtomatikASAN XidmətASAN KommunalVahid XəritəDövlət xidmət şəbəkəsinin bir hissəsiAXİS
  3. 03

    ASAN Xidmət və ASAN Kommunal

    ASAN Xidmət və ASAN Kommunal mərkəzlərində vətəndaş müraciətlərinə baxış artıq Vahid Xəritə sistemi üzərindən aparılır

    MƏRHƏLƏ03 / 04

    SXEM

    Mövcud şəbəkəTorpaq sahəsiSahə baxışıGIS-3D əvəz edirQoşulma nöqtəsiməsafə — avtomatikASAN XidmətASAN KommunalVahid XəritəDövlət xidmət şəbəkəsinin bir hissəsiAXİS
  4. 04

    dövlət xidmət şəbəkəsinin bir hissəsidir

    yəni AXİS artıq dövlət xidmət şəbəkəsinin bir hissəsidir.

    MƏRHƏLƏ04 / 04

    SXEM

    Mövcud şəbəkəTorpaq sahəsiSahə baxışıGIS-3D əvəz edirQoşulma nöqtəsiməsafə — avtomatikASAN XidmətASAN KommunalVahid XəritəDövlət xidmət şəbəkəsinin bir hissəsiAXİS

Yuxarıdakı təsvir prosedurun sxemidir — xəritə deyil. Koordinat və ölçülmüş məsafə göstərilmir.

ƏMTƏƏ NİŞANI

AXİS qeydiyyatdan keçmiş əmtəə nişanıdır

Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyi — Əmtəə nişanı şəhadətnaməsi

Sertifikatın nömrəsi
N 2026 1173
Sahibi
«AZCİS» Məhdud Məsuliyyətli Cəmiyyəti
İlkinlik tarixi
Dövlət reyestrində qeyd olunub
Qüvvədə olma müddəti
ƏXBT üzrə siniflər
35, 41

Növbəti addım: Vahid Kommunal Platforma

AXİS-in Azərişıqda sınanmış, işlək arxitekturası əsasında bütün kommunal xidmət qurumlarını — elektrik, qaz, su/kanalizasiya və istilik təchizatını — vahid xəritə mühitində birləşdirən milli platformanın qurulması mümkündür.

Elektrik istiqaməti — Azərişıq — artıq mövcud və tam işlək vəziyyətdədir. Qaz üçün Azəriqaz, su və kanalizasiya üçün ADSEA, istilik təchizatı üçün isə Azəristiliktəchizat potensial genişlənmə istiqamətləridir.

  1. ElektrikAzərişıqartıq mövcud və tam işlək vəziyyətdədir
  2. QazAzəriqazpotensial genişlənmə istiqamətləridir
  3. su və kanalizasiyaADSEApotensial genişlənmə istiqamətləridir
  4. istilik təchizatıAzəristiliktəchizatpotensial genişlənmə istiqamətləridir

Niyə AXİS düzgün təməldir

Bu, yeni bir sistemin sıfırdan qurulması demək deyil — mövcud arxitekturanın genişləndirilməsidir.

  1. 01

    Layer-əsaslı memarlıq

    Layer-əsaslı memarlıq artıq mövcuddur: EVX, yarımstansiya, TM/KTM, sayğac kimi qatlar var — qaz kəməri, su xətti və ya istilik borusu üçün yeni qatların əlavəsi eyni məntiqlə aparıla bilər.

  2. 02

    Low-code inkişaf modeli

    Low-code inkişaf modeli yeni obyekt tiplərinin kod yazmadan, saatlar ərzində yaradılmasına imkan verir.

  3. 03

    İnfrastruktur

    İnfrastruktur — PostgreSQL/PostGIS, GeoServer, Node.js — artıq ölkə miqyasında sınanıb və əlavə yük daşımaq üçün miqyaslana bilər.

  4. 04

    ASAN Kommunal

    AXİS artıq ASAN Kommunal ilə inteqrasiya olunub — bu, digər operatorlar üçün ortaq giriş nöqtəsini asanlaşdırır.

Genişlənmə ssenarisi: fazalı yol xəritəsi

Təklif etdiyimiz yol xəritəsi dörd fazadan ibarətdir.

  1. 01davam edir

    Azərişıqda tam tətbiq

    Azərişıqda tam tətbiq, ölkə üzrə xəritələşdirmə, mobil sahə işi və ASAN inteqrasiyası.

  2. 0212-18 ay

    pilot genişlənmə

    pilot genişlənmə, bir əlavə kommunal operatorla, məsələn qaz və ya su ilə, ortaq layer strukturunun sınaqdan keçirilməsi.

  3. 0318-30 ay

    tam miqyaslı Vahid Platforma

    tam miqyaslı Vahid Platforma, bütün əsas operatorların inteqrasiyası və vahid pəncərə xidməti.

  4. 0430 aydan sonra

    proqnozlaşdırıcı texniki xidmət

    süni intellekt dəstəkli proqnozlaşdırıcı texniki xidmət və bütün kommunal infrastrukturun tam rəqəmsal əkizi.

Vurğulamaq istərdim ki, hər faza müstəqil dəyər yaradır və növbəti mərhələyə keçid müvafiq dövlət qurumlarının qərarı ilə rəsmiləşdirilir.

Vahid platformanın milli faydaları

Vahid platforma altı əsas milli səviyyəli fayda gətirir

  1. 01

    vahid pəncərə xidməti

    vahid pəncərə xidməti ilə bir müraciətlə bütün kommunal qoşulma tələblərinin hesablanması

  2. 02

    “Bir Dəfə Qaz” əlaqələndirmə prinsipi

    “Bir Dəfə Qaz” əlaqələndirmə prinsipi ilə fərqli operatorların eyni ərazidə təkrar qazıntı işlərinin qarşısının alınması

  3. 03

    Business Ready reytinqi

    Dünya Bankının Business Ready reytinqində əlavə irəliləyiş

  4. 04

    İT investisiya səmərəliliyi

    hər operator üçün ayrıca platforma qurmaq əvəzinə ortaq infrastrukturun paylaşılması ilə İT investisiya səmərəliliyi

  5. 05

    fövqəladə hallarda

    fövqəladə hallarda bütün kommunal şəbəkələrə təsirin vahid xəritədə ani qiymətləndirilməsi

  6. 06

    vahid şəhərsalma analitikası

    bütün kommunal infrastrukturun bir mənbədən vahid şəhərsalma analitikasına dəstək verməsi

Növbəti addımlar

Konsepsiyadan qərara keçmək üçün dörd konkret addım təklif edirik

  1. 01Azəriqaz, ADSEA, Azəristiliktəchizat və aidiyyəti dövlət qurumları ilə ilkin razılaşmanın əldə edilməsi
  2. 02bir əlavə operatorla pilot əməkdaşlıq çərçivəsinin və pilot ərazinin müəyyənləşdirilməsi
  3. 03“Vahid Kommunal İnformasiya Sistemi” üzrə mövcud qərarlara istinadən icra sənədlərinin hazırlanması
  4. 04pilot həm də tam miqyaslı genişlənmə üçün maliyyələşdirmə modelinin qiymətləndirilməsi

Nəticə

Yekunlaşdıraraq deyə bilərik ki, AXİS bu gün Azərişıqda sınanmış, dövlət səviyyəsində qərarlarla dəstəklənən işlək platformadır. Onun modulyar, low-code arxitekturası bütün kommunal xidmət qurumlarını əhatə edən Vahid Kommunal Xidmətlər İdarəetmə Platformasının qurulması üçün ən əlverişli təməldir.

Bu, qanunvericilikdə artıq nəzərdə tutulan “Kommunal Xidmətlər Vahid İnformasiya Sistemi”nə gedən real, texniki cəhətdən hazır yoldur.

Bu səhifədəki məlumat AXİS təqdimat materialından götürülüb.

Layihənizi xəritəyə çevirək.

İnfrastruktur, mühəndislik və coğrafi informasiya üzrə layihəniz üçün AZCİS komandası ilə əlaqə saxlayın.