
Nəqliyyat infrastrukturu və onun inkişafının idarə olunması, hərəkət vasitələri parkının idarəsi və loqistika, marşrutların optimallaşdırılması və yük axınlarının analizi.
CİS nəqliyyat və logistik problemlərin idarə edilməsində istifadə edilir. Əgər nəqliyyat departamenti yeni dəmir yolu və ya avtomobil marşrutu planlaşdırırsa, bu ətraf mühit və topoqrafik məlumatları CİS platformasına əlavə etməklə həyata keçirilə bilər. Ən doğru marşrut, yaşayış mühitinə ən az zərər və yerli əhalinin ən az narahatlığı kimi meyarlara əsaslanaraq, nəqliyyat üçün ən yaxşı marşrutu asanlıqla çıxarmaq mümükün olacaqdır.
CİS həmçinin dəmir yolu sistemlərinin və yol şəraitinin monitorinqində, nəqliyyat problemlərinin idarə edilməsi üçün effektiv şəkildə istifadə edilir. Bu gün əhalinin sayı yol nəqliyyatı ilə birlikdə eksponent olaraq artır. Sürət məlumatları, yolun həndəsəsi forması, nəqliyyat axını və digər məkan məlumatları kimi bütün nəqliyyat məlumatlarına malik olan geniş məlumat bazası yaratmaqla və bu məlumatları emal etməklə, biz nəqliyyatın idarə olunması üçün böyük qrafik təsvir əldə etmiş olarıq.
CİS yollarda qəza təhlükəsini minimuma endirmək üçün əsas vasitə kimi istifadə edilə bilər, mövcud yol şəbəkəsi optimallaşdırılmalı və həmçinin yol təhlükəsizliyi tədbirləri təkmilləşdirilməlidir. Buna nəqliyyatın düzgün idarə edilməsi ilə nail olmaq olar.