CİS-in bu xidmətində əsasən geoloji kəşfiyyat, neft və qaz boru kəmərlərinin işinin texnoloji rejimlərinin monitorinqi, magistral boru kəmərlərinin layihələndirilməsi və s. proseslər reallaşdırılır.
Boru xətti və kabelin yeri sızıntının və ya hər hansı bir zədənin aşkarlanması üçün vacibdir. O, su şəbəkənizi başa düşmək, təmir və tənzimləmələr aparmaq, korrelyasiya üçün məlum məsafəni tapmaq və s. üçün istifadə oluna bilər. CİS əsaslı texnalogiyalar ilə boru kəmərləri davamlı olaraq monitorinq edilir, sızma təhlükələri aşkar edilərək problemin qarşısı alınır. 

Neft  və qaz  şirkətləri neft-qazla bağlı etibarlı CİS-ə və qaz boru kəməri üzrə CİS məlumat paketinə malik olduğu  halda boru kəmərlərinin, avadanlıqların və qaz infrastuturlarının hasilatını artırmaq barədə kifayət qədər məlumat əldə edirlər. Onlar CİS haqqında  məlumatlardan istifadə etməklə, istehsal  prosesinə təsir göstərən xüsusi coğrafi şəraiti eləcə də ekoloji amilləri müəyyənləşdirə bilir. CİS-dən və  uzaqdan müəyyən etmə texnologiyalarından istifadə etməklə onlar ətraf mühitin qorunması ilə bağlı müvafiq qərarlar qəbul edə və insanlar, onların əmlakı üçün təhlükə yaratmadan biznesi inkişaf etdirir.