Coğrafi İnformasiya Sistemi istənilən sahədə ilk olaraq hüquqi normativ bazanı özündə cəmləyir. CİS-proqramları konkret sahənin iqtisadiyyatına təsir edən bütün sosial, iqtisadi və topoqrafik xüsusiyyətlərin ətraflı təhlilini təmin edir. 
CİS-in əsas komponentlərindən biri riyasi-statistik göstəricilər əsasında iqtisadi qiymətləndirməni ən uğurlu formada təhlil etməkdir. Əgər istənilən sahidə uğurlu iqtisadi qiymətləndirmənin aparılması labüddürsə, mövcud hüquqi normativ baza təhlil edilir və iqtisadi qiymətləndirmə nəticəsində bazada yaranan yalnız zəruri yeniniləmələr, məlumatlar dataya çevrilir. Yəni alınan informasıya dataya - bazaya daxil edilir. CİS-in texniki imkanlarının köməyi ilə datada olan həmin zəruru məlumatların əsasında riyazi hesablamaları aparılır və iqtisadi uğurların əldə olunmasını şərtləndirən mükəmməl plan hazırlanır. Bu, CİS-in iqtisadi inkişafa verdiyi töfhədir. 
Buna misal kimi CİS-in istisadi qiymətləndirməsi hesabına dövlətin iqtisadi imkanlarına müsbət töhfə verə biləcək konkret sahələrlə bağlı nümunələr göstərə bilərik: Məsələn, Coğrafi İnformasiya Sistemi kənd təsərrüfatı təyinatlı torpaqları təhlil edib təyinatını, münbit qatını, keyfiyyətini öyrənir və həmin ərazidə hansı kənd təsərrüfatı məhsulunun daha yaxşı yetişdirilə biləcəyi ilə bağlı dövlətə zəruri təkliflər verir. Burada hüquqi normativ baza, tövsiyə xarakterli məluatlar, torpağın hansısa qatının dəyişdirilməsi istiqamətində təkliflər də ola bilər.
İqtisadi sahəə gəlincə, misal üçün sənaye zonalarının yaradılması istiqamətində də CİS-in mühüm xidmətlərindən yararlanmaq olar. Belə ki, iqtisadi qiymətləndirmə nəticəsində CİS sənaye zonalarında logistikanın daha sadələşdirilməsi üçün tövsiyələr verə bilir. Bu tövsiyələr nəticəsində həmin sənaye zonalarında yeni logistik mərkəzlərin qurulması xərclərin azalmasına, iqtisadi inkişafın tərəqqisinə müsbət təsir göstərir.    
Göründüyü kimi CİS apardığı iqtisadi qiymətləndirmə ilə dövlətin iqtisadi uğurlar əldə etməsi üçün real imkanlar yaradan bir sistedir. 

Bir sözlə, CİS-in bütövlükdə iqtisadiyyata tövsiyəsi informasiyanın datasını yaratmaq, iqtisadi qiymətləndirməni aparmaq, hüquqi normativ baza ilə real göstəricilər arasındakı ziddiyyətləri aradan qaldırmaqla sərfəli təkliflər verməkdir.