Bu gün bank sektorunda sürətli inkişaf baş verir. Bu sektorun uğuru daha çox bankın müştərilərə və bazara əsaslanan xidmətləri təmin etmək qabiliyyətindən asılıdır. Coğrafi İnformasiya Sistemləri planlaşdırma, təşkilatlanma və qərar qəbulunda mühüm rol oynayır. 
CİS vergi problemlərini həll etmək, dövlət gəlirlərini artırmaq üçün istifadə olunur. Məsələn, mühəndislik, tikinti icazələri, şəhərin inkişafı və digər bələdiyyə ehtiyacları üçün də CİS-dən istifadə olunur. Çox vaxt bir agentlik və ya şöbə tərəfindən toplanan və istifadə edilən məlumatlar digəri tərəfindən də istifadə edilə bilər. CİS-dən istifadə etməklə həmçinin rəqəmsal vergi sisteminin inkişaf etdirilməsi mümkündür.