Yer ehtiyatlarından istifadə, insan yaşadığı mühitin idarə olunması kimi məsələlərin həllinə yönəlmiş qərarların qəbulu üçün də coğrafi informasiya sistemlərindən (CİS) istifadə edir. Adətən CİS informasiyaları xəritə və simvollar vasitəsilə təsvir olunur. Xəritəyə baxarkən obyektlər və proseslərin harda yerləşməsi, onların mahiyyəti haqqında məlumat əldə edirik. Həmin obyektlərə gedən yolları, digər obyektlərlə sərhədləri və s. müşahidə edə bilirik. Kompyuterdə interaktiv rejimdə işləyərkən CİS vasitəsilə elə yeni informasiyalar yaratmaq olar ki, bu informasiyalar kağız xəritə üzərində yoxdur.
Misal üçün, məkan daxilində hər hansı bir obyektin bütün məlum xüsusiyyətlərini, müəyyən marşrut üzrə yerləşən digər obyektlərin siyahısını istəyə bilərik. Bundan əlavə olaraq CİS köməyi ilə su sərfini və ya ətraf mühiti çirkləndirən mənbənin müəyyən edilməsinə imkan verən model qura bilərik